Ukrayna Ali Radası “Vaqner” özəl hərbi şirkətinin terror təşkilatı kimi tanınması haqqında qərar layihəsini (No9229) qeydə alıb.
SİA-nın əldə etdiyi məlumata görə, deputatlar qrupunun qərar layihəsinin mətni parlamentin saytında dərc olunub.
Müvafiq qətnamə layihəsində “Vaqner” PMC-nin terror təşkilatı kimi tanınması, Ukraynadakı fəaliyyətinin xarakterindən çıxış edərək “Vaqner”in terror təşkilatı kimi tanınması üçün dünya ölkələrinin hökumət və parlamentlərinə müraciət edilməsi təklif edilir.
Bundan əlavə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasına “Vaqner” PMC-yə aidiyyəti olan, eləcə də onu maliyyə, başqa şəkildə dəstəkləyən bütün fiziki, hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə etməsi nəzərdə tutulur.
Xatırladaq ki, hələ fevral ayında Ukrayna Rusiya Federasiyasından olan 164 fiziki və 85 hüquqi şəxsə, eləcə də “Vaqner” PMC-də iştirak edənlərə qarşı sanksiyalar tətbiq edib.
Lakin o zaman “Vaqner” terror təşkilatı kimi tanınmayıb.
Amma yanvar ayında ABŞ, mart ayında isə Litva Seymi “Vaqner”i terror təşkilatı kimi tanıyıblar.
Bu arada mediaya məlum olub ki, Britaniya hökuməti də Vaşinqtonun qərarına qoşulmaq və “Vaqner”i terror təşkilatı kimi tanımaq niyyətindədir.
Qeyd edək ki, o zaman özəl hərbi şirkətə üzvlük cinayət kimi tanınacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB