Braziliya prezidenti daha Ukraynaya yardımı təbliğ edəcək

Braziliya prezidenti daha Ukraynaya yardımı təbliğ edəcək

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qərblə çəkişməmək və Rusiya təcavüzünün tərəfdarı kimi görünməmək üçün bundan sonra Ukraynaya hərbi yardımı tənqid etməyəcək. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” agentliyinə adı açıqlanmayan Braziliya rəsmiləri məlumat verib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qərblə çəkişməmək və Rusiya təcavüzünün tərəfdarı kimi görünməmək üçün bundan sonra Ukraynaya hərbi yardımı tənqid etməyəcək. Bu barədə Reuters agentliyinə adı açıqlanmayan Braziliya rəsmiləri məlumat verib.

Bir həftə əvvəl Lula ABŞ və Avropanı Ukraynaya silah tədarükünü dayandırmağa çağıraraq, onların müharibəni uzatdıqlarını deyərək Qərbdə çoxlarını qəzəbləndirmişdi.

Ağ Evdə Lulu hətta “Rusiya və Çin təbliğatını təkrar etməkdə” ittiham olunurdu.

“Reuters”ə danışan Braziliya rəsmiləri etiraf ediblər ki, Lulanın şərhləri lazımsız səs-küyə səbəb olub və Lulanın təşkil etmək istədiyi sülh danışıqlarında vasitəçi kimi Braziliyanın neytrallığını və etibarını sarsıdıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə