Medvedev almanları Rusiyanın “Berlin paradı” ilə hədələdi

Medvedev almanları Rusiyanın “Berlin paradı” ilə hədələdi

Rusiyaya hücum etmək istəyən hər bir alman Berlindəki rus paradına hazır olmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri aprelin 21-də öz Tvitter səhifəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Belə ki, Medvedev Almaniya hərbi idarəsinin rəhbəri Boris Pistoriusun Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində əməliyyatlar keçirmək hüququna malik olması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Rusiyanın eks-prezidenti Dmitri Medvedev Pistoriusa cavab olaraq, alman siyasətçinin Üçüncü Reyxin hərbi rəhbərlərinin şöhrətinə həsəd aparmasını təklif edib və bununla əlaqədar Almaniya Müdafiə Nazirliyinin rəhbərinə Berlindəki paradı xatırlatmağı tövsiyə edib.

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu gün səhər saatlarında əgər Rusiya ordusunun təchizatını pozmaq lazımdırsa Ukrayna hərbçilərinin Rusiya ərazisinə məhdud zərbələr endirməsini məqbul taktika adlandırıb.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə