Estoniya kəşfiyyatı Ukraynanın əks-hücumunun dəqiq tarixini açıqlayıb
Estoniya Müdafiə Nazirliyinin Kəşfiyyat Mərkəzinin rəisi, polkovnik Marqo Qrosberq Ukraynanın əks-hücumunun mayın 9-da başlaya biləcəyini, lakin hər şeyin cəbhədəki vəziyyətdən və hava şəraitindən asılı olacağını ehtimal edib.
SİA-nın əldə etdiyi məlumata görə, aprelin 21-də keçirdiyi brifinqdə Qrosberq qeyd edib ki, kəşfiyyatın müşahidələrinə əsasən, həm Ukrayna, həm də Rusiya tərəfdən döyüşlər azalıb, çünki hər iki ordu silah-sursata qənaət edirlər.
Qeyd edək ki, Qrosberq gələn həftə də hər hansı dəyişiklik gözləmir. Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı mayın 9-da başlaya bilər, hərbçilər bildiriblər, baxmayaraq ki, “simvolik” tarixlərin planlaşdırılması Rusiyanın davranışı üçün daha xarakterikdir.
Qrosberqin sözlərinə görə, ruslar da Zaporojye və Xerson vilayətlərində mümkün hücuma intensiv hazırlaşırlar və bir neçə müxtəlif istiqamətlərdə müdafiə strukturları da tikməkdə davam edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB