Rusiya Federasiyasının Ədliyyə Nazirliyi 21 aprel cümə günü xarici agentlərin reyestrinə əlavə edib. Belə ki, siyahıda araşdırmaçı jurnalist Bellingcat Xristo Qrozev, jurnalist Natalya Sevets-Yermolina, müxalifətçi Elvira Vixareva, eləcə də “Məktəblilər məktəbi” adlı avtonom qeyri-kommersiya hüquq müdafiə təşkilatı daxil ediliblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qrozev “dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların siyasəti” haqqında saxta məlumatlar yayıb, həmçinin xarici agentlərin, eləcə də Rusiya Federasiyasında fəaliyyəti arzuolunmaz hesab edilən xarici QHT-nin materiallarının yaradılmasında iştirak edib.
Bu gün səhər saatlarında Moskvanın Lefortovo Məhkəməsi istintaqın tələbi ilə Bolqarıstan vətəndaşı Xristo Qrozevi qiyabi həbs edib. “İnterfaks”ın məlumatına görə, Rusiyada o, sərhədi qanunsuz keçməni təşkil etməkdə ittiham olunur. Məhkəmənin qərarına əsasən, onun barəsində Rusiya Federasiyasının ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB