Sudan silahlı qüvvələri müsəlmanların müqəddəs bayramı olan Fitr bayramında atəşkəsə razılaşıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə ordusunun “Facebook” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.
Atəşkəs üç gün davam edəcək və aprelin 21-i cümə günü başlayacaq. Açıqlamada aydınlıq gətirilir ki, bu qərar vətəndaşların Fitr bayramını qeyd etmələri və lazımi humanitar xidmətlərin göstərilməsi üçün verilib.
Həmin gün səhər saatlarında Sudan Silahlı Qüvvələri Çevik Reaksiya Qüvvələri (Xüsusi Qüvvələr) ilə danışıqlardan imtina etdiklərini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Sudan ordusu xüsusi təyinatlılara qarşı hərbi əməliyyatların genişləndirildiyini açıqlamışdı. Vəziyyətin gərginləşməsinə baxmayaraq, BMT baş katibinin rəsmi nümayəndəsi Antonio Quterreş Stefan Düjarrik münaqişəni həll etməyə çalışıb.
Sudan Silahlı Qüvvələri ilə Çevik Hücum Qüvvələri arasında qarşıdurma ötən həftənin sonlarında liderləri arasında yaranan fikir ayrılığı nəticəsində başlayıb. Toqquşmalar başlayandan indiyədək 330 nəfər ölüb, 3200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB