Şentop bir sıra ölkәnin mәclis vә senat sәdri ilә telefon әlaqәsi saxlayıb

Şentop bir sıra ölkәnin mәclis vә senat sәdri ilә telefon әlaqәsi saxlayıb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ramazan bayramı münasibətilə 4 ölkənin parlament və senat sədrləri ilə telefon əlaqəsi saxlayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Qırğızıstan Respublikası Joqorku Şurasının sədri Nurlanbek Şakiyev, Mərakeş Nümayəndələr Palatasının sədri Raşid Talbi Alami, Mərakeş Məsləhətçilər Şurasının sədri Naam Miyara, Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının prezidenti Saqr Qobaş və Qətər Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim ilə telefonla danışığı aparıb.

Mustafa Şentop həmkarlarını və ölkə xalqlarını Ramazan bayramı münasibətilə təbrik edib, bayramın İslam dünyasına və bütün bəşəriyyətə əmin-amanlıq və sülh gətirməsini arzulayıb.

Görüşlər zamanı ikitərəfli əlaqələr, regional və siyasi hadisələr də müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə