Qərbin Rusiyaya qarşı sanksiyaları dünya iqtisadiyyatına zərbə vuracaq. SİA-nın əldə etdiyi məlumata görə, aprelin 21-də Dmitri Peskov jurnalistlərə danışarkən bu barədə xəbərdarlıq edib. Eyni zamanda, Kreml sözçüsü qeyd edib ki, söhbət Rusiya Federasiyasına tətbiq edilən sanksiyalardan və yeni mümkün məhdudiyyətlərdən gedir.
“Buna görə də bu, yalnız qlobal iqtisadi böhrana meyllərin artmasına səbəb ola bilər”, - deyən Peskov, hazırda Rusiyanın ABŞ və Avropa İttifaqının yeni sanksiyalarını aktiv şəkildə nəzərdən keçirdiyini və ümumiyyətlə vəziyyəti diqqətlə izlədiyini bəyan edib.
Rusiyalı rəsmi bi şeyi də etiraf edib: “...dünyanın heç bir ölkəsi bizim qədər böyük sanksiyalarla üzləşməyib”.
Peskovun sözlərinə görə, çətinliklərə baxmayaraq, Rusiya Federasiyası uyğunlaşır və inkişaf etməkdə davam edir.
Xatırladaq ki, “Kyodo” agentliyinin məlumatına görə, G7 ölkələri Rusiyaya malların, o cümlədən işlənmiş avtomobillərin ixracına demək olar ki, tam qadağanın tətbiqi imkanlarını müzakirə edirlər.
Maraqlıdır, Rusiya Federasiyasına qarşı yeni sanksiyaların bitdiyi inandırıcıdırmı?
Deyim ki, bunu bir müddət əvvəl “Financial Times” Avropa İttifaqı rəsmilərinə istinadən yazmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB