ABŞ Ukrayna hərbçilərinə “Abrams” tankları üzərində təlim keçəcək

ABŞ Ukrayna hərbçilərinə “Abrams” tankları üzərində təlim keçəcək

Yaxın həftələrdə ABŞ Ukrayna hərbçilərinə “Abrams” tankları üzərində təlim keçirməyə başlayacaq. Bu barədə Amerika ordusunun nümayəndələri müdafiə nazirlərinin “Ramşteyn”dəki görüşündə bildiriblər. Təlim Almaniyadakı “Qrafenyer” hərbi bazasında keçiriləcək və 10 həftə davam edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ may ayının sonuna kimi 31 “Abrams”ı bazaya köçürmək niyyətindədir.

“Associated Press”in yazdığına görə, Ukraynaya təhvil veriləcək 31 tank hazırda Ukrayna şərtlərinə uyğun olaraq ABŞ-da yenidən təchiz edilir. ABŞ-da tankların yenidən hazırlanması və Ukrayna qoşunlarının Almaniyada təlimi eyni vaxtda baş tutacaq.

Qeyd edək ki, 250-yə yaxın hərbi qulluqçu - həm tankçılar, həm də döyüş maşınlarına texniki qulluq və təmir işləri aparacaq mexaniklərin hazırlanması planlaşdırılır.

Yeri gəlmişkən, müharibənin əvvəlindən Pentaqonun köməyi ilə artıq 8800 Ukrayna əsgəri təlim keçib. Hazırda isə daha 2500 nəfər də təlim keşməkdədir.

...Cümə günü “Ramşteyn” Hərbi Hava Qüvvələri bazasında müdafiə nazirlərinin görüşü keçirilir. Bu, Ukraynanı bu formatda dəstəkləyən ölkələrin sayca 11-ci görüşüdür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə