“Britaniya Rusiyanın əbədi düşməni olub və olaraq qalacaq”

“Britaniya Rusiyanın əbədi düşməni olub və olaraq qalacaq”

Britaniya həmişə Rusiyanın əbədi düşməni olub və qalacaq. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri aprelin 21-də özünün Teleqram səhifəsində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Beləliklə, Rusiyanın eks-prezidenti Dmitri Medvedev Britaniyanın rusiyalı siyasətçi və jurnalist Vladimir Kara-Murzanı dövlətə xəyanətdə, eləcə də Rusiya Silahlı Qüvvələrini gözdən saldığına görə 25 il həbsə göndərən rusiyalı hakimlərə qarşı tətbiq etdiyi şəxsi sanksiyaları şərh edib.

Rusiyalı siyasətçi hesab edir ki, bu cür qərarlar diqqətə layiq deyil...Böyük Britaniya “dərin dənizə” batana qədər həmişə Rusiyanın düşməni olub və qalacaq.

“Mən onların qərarları ilə maraqlanmıram. Britaniya bizim əbədi düşmənimiz olub, var və olacaq. Hər halda, onların həyasız və iyrənc dərəcədə rütubətli adası Rusiyanın ən son silah sisteminin yaratdığı dalğadan dənizin uçurumuna gedənə qədər”.

Xatırladaq ki, bu gün Britaniya Xarici İşlər Nazirliyi hakim Yelena Lenskaya, Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İdarəsinin rəisi, general-mayor Denis Kolesnikov və Vladimir Kara-Murzanın cəzası ilə bağlı olan daha üç rusiyalıya qarşı sanksiya tətbiq edib. .

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə