Aprelin 8-dən etibarən Mərakeş sahillərində 552 qeyri-qanuni miqrant xilas edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mərakeşin rəsmi MAP xəbər agentliyi bəyanat yayıb.
Bəyanatda Kral Donanmasına tabe olan sahil mühafizə xidmətinin Aralıq dənizi və Atlantik okeanında nizamsız miqrantlara qarşı apardığı əməliyyatlar haqqında məlumat verilib.
Məlumatda sahil mühafizə xidmətinin 8-18 aprel tarixləri arasında 552 qeyri-qanuni miqrantın xilas edildiyi, sözügedən şəxslərin əksəriyyətinin Afrika ölkələrindən olduğu qeyd edilib.
Xilas edilən miqrantların lazımi əməliyyatlar tamamlandıqdan sonra müvafiq bölmələrə təhvil verildiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB