ABŞ-ın elektromobil istehsalçısı "Tesla" şirkəti 2023-cü ilin birinci rübünün nəticələri ilə investorları məyus edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, şirkətin səhmləri ilin ilk rübündə 9,75% ucuzlaşıb.
"Tesla"nın səhmlərinin qiymətinin düşməsi şirkətin sahibi İlon Maskın sərvətinə də təsir edib. "Bloomberg Billionaires Index"in məlumatına görə, onun sərvəti 12,6 milyard dollar azalıb.
Onun "Tesla"dakı 163,9 milyard dollarlıq payı sərvətinin əsas hissəsini təşkil edir.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB