Baş nazirin müavini istefa verib

Böyük Britaniya Baş nazirinin müavini, ədliyyə naziri Dominik Raab istefa verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Rişi Sunaka D.Raabla bağlı 8 rəsmi şikayət edilib. Baş nazirin müavini bu iddiaları təkzib edərək onun hər zaman peşəkarcasına fəaliyyət göstərdiyini vurğulayıb.

R.Dominik istefa ərizəsində şikayətləri qüsurlu adlandıraraq istintaqın ona qarşı iki fakt aşkarladığını vurğulayıb.

Britaniya Baş nazirinin müavini söz verdiyi üçün istefaya getdiyini də bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə