Sultan Əhməd məscidi yenidən istifadəyə verilir

Sultan Əhməd məscidi yenidən istifadəyə verilir

Türkiyədə 5 il 5 aydır təmirə bağlanan Sultan Əhməd məscidinin bərpadan sonra bu gün açılışı olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, ibadət ocağının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı nəzərdə tutulur.

Məlumata görə, məsciddə bərpa işlərinə dronla baxış keçirilib.

Qeyd edək ki, məscid 2018-ci ildə təmirə bağlanıb.

Xatırladaq ki, məscidin inşasına 1606-cı il noyabrın 11-də başlanılıb və tikinti işləri 1616-cı ildə başa çatıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə