Kolumbiya Prezidenti Ukraynaya silah verməkdən imtina edib

Kolumbiya Prezidenti Ukraynaya silah verməkdən imtina edib

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Cozef Baydenlə danışıqlardan sonra Ukraynaya silah verməkdən imtina etdiyini təsdiqləyib. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, C.Bayden ona Kolumbiya ordusuna satılan Rusiya istehsalı silahları, xüsusən də döyüş helikopterləri Ukraynaya göndərməyi təklif edib.

“Mövcud hökumətin mövqeyi ondan ibarətdir ki, silahlardan müharibədə istifadə edilməyəcək. İstər Ukraynaya, istərsə də Rusiyaya göndərilməyəcək”, - deyə Q.Petro bildirib.

Bundan əvvəl Cənubi Koreya prezidenti Yun Sok Yeol administrasiyası qeyd edib ki, hazırda Seul Moskva ilə sabit münasibətləri saxlamaq üçün Kiyevə silah tədarük etmək fikrində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə