Rusiyalıların ev ünvanlarına partlayıcı büstlər göndərilir

Rusiyalıların ev ünvanlarına partlayıcı büstlər göndərilir

Yeni Moskvadakı CDEK kuryer ofisində şübhəli bağlama aşkar edilib. Bu barədə mənbələrə istinadən “Shot” Telegram kanalı məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl Moskvanın Novomoskovsk inzibati rayonundakı 1 May adına Fabriki qəsəbəsində kuryer şirkətinin ofisində bağlamada partlayıcı qurğunun olması barədə məlumat verilmişdi.

Hadisə yerinə polis gəlib.

CDEK mətbuat xidmətindən kanala verilən məlumata görə, bağlamaya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirilib.

Deyilənə görə, elə də bir təhlükə yaratmayıb.

Aprelin 20-də rusiyalı hüquq-mühafizə orqanları və fövqəladə hallar xidmətləri Moskvanın Startovaya küçəsindəki bağlamaların çatdırılması məntəqəsinin binasında şübhəli bağlamaya görə yoxlama aparıblar. Qeyd edək ki, bağlama müharibə müxbiri Konstantin İsaevin adına gəlibmiş. Bağlamada heç bir partlayıcı tapılmayıb.

Yeri gəlmişkən, bundan əvvəl hərbçi ekspert, politoloq Konstantin Sivkov və daha bir neçə politoloqun poçtlarına gipslə örtürülmüş büstlərin göndərildiyi bildirilirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə