Rusiya prezidenti Vladimir Putin Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun öz xahişi ilə istefasını qəbul edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.
Putin Krasnoyarsk diyarının qubernatoru seçilən şəxs vəzifəyə başlayana qədər Mixail Kotyukovu bölgəyə müvəqqəti rəhbər təyin edib.
RBC-nin prezident administrasiyasına yaxın mənbəyə istinadən verdiyi məlumata görə, Uss istefa məktubunu aprelin 19-u çərşənbə günü yazıb.
Aleksandr Uss bir müddət qubernator vəzifəsində çalışıb, 2017-ci ilin sentyabrında müvəqqəti qubernator olub, 2018-ci ildə 60,2 faiz səslə bölgənin rəhbəri seçilib. Bundan əvvəl o, iyirmi ilə yaxın regionun qanunverici orqanının spikeri olub.
Maraqlıdır ki, aprelin 20-də axşam saatlarında Aleksandr Uss Putinin təklifi ilə başqa işə keçdiyini elan edib
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB