Medvedevi yenə də danışdırdılar...

"Ukrayna NATO-ya yalnız Polşa, Macarıstan və Rumıniyanın bir hissəsi kimi daxil olacaq"
Medvedevi yenə də danışdırdılar...

Yens Stoltenberqin bəyanatı o deməkdir ki, Ukrayna o vaxta qədər Polşa, Macarıstan və Rumıniyaya məxsus olan hissələrlə NATO-ya daxil olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 20-də Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev öz Twitter səhifəsində yazıb.

Belə ki, rusiyalı siyasətçi Stoltenberqin vaxt keçdikcə Ukraynanın NATO-ya üzv olacağına dair sözlərini şərh edib.

Medvedevin sözlərinə görə, “zamanla” “Polşa, Macarıstan, Rumıniyanın bir hissəsi kimi hissə-hissə daxil olacaq” deməkdir. “Dəstəyimiz sizə kömək edəcək” ifadəsinə gəlincə, bu, “yaxşı ki, tezliklə orada olmayacağam” deməkdir.

Xatırladaq ki, Kiyev hakimiyyəti Yens Stoltenberqin səfərini NATO-nun Ukrayna ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğuna işarə kimi şərh edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə