Rusiyanın İsveçrədəki səfirliyi yerli jurnalisti işğal olunmuş Melitopol haqqında reportaj hazırladığı üçün hədələyib. Buna cavab olaraq isə, İsveçrə Xarici İşlər Nazirliyi Rusiya səfiri Sergey Qarmonini etiraz etmək üçün nazirliyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Berndəki səfirliyi NZZ nəşrinin əməkdaşını reportajına görə Rusiyada hüquqi tədbirlər görəcəyi ilə hədələyib.
“Bu hərəkət qəbuledilməzdir və biz bunu Rusiya səfirinə heç bir qeyri-müəyyən şəkildə bildirəcəyik”.
Bunu İsveçrə Xarici İşlər Nazirliyi bildirib.
Xatırladaq ki, aprelin əvvəlində İsveçrənin “Neue Zurcher Zeitung” qəzeti Melitopolun Rusiya işğalı altındakı həyatından bəhs edən uzun müəllif məqaləsi dərc etmişdi. Materialın əhəmiyyətli bir hissəsi ukraynalı partizanların şəhərdəki fəaliyyətinə həsr edilmişdi. Bir həftə sonra Rusiyanın İsveçrədəki səfirliyi öz internet səhifəsində məqaləni “müəlliflərin jurnalist və insani etikasının tam deqradasiyası”nın sübutu adlandıran bəyanat yaymışdı.
Bundan əlavə, səfirlik açıq şəkildə xəbərdarlıq edərək, Rusiyada “terrorçuluğa açıq bəraət qazandırdığına görə” jurnalisti 7 il müddətinə azadlıqdan məhrum edilə biləcəyini bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB