Polşa Ukraynadan meyvə, yumurta və bal idxalına qadağa qoymağa çağırıb

Polşa Ukraynadan meyvə, yumurta və bal idxalına qadağa qoymağa çağırıb

Polşa Ukraynadan gətirilməsinə qadağa qoyulmalı olan məhsulların siyahısını genişləndirməyi təklif edir. Hakimiyyət hesab edir ki, Avropa İttifaqı meyvə, yumurta, quş əti, şəkər və bal idxalını məhdudlaşdırmalıdır.

Qeyd olunur ki, hər bir Avropa İttifaqı ölkəsinin müəyyən mallarla bağlı öz istəkləri var. Belə ki, Bolqarıstan un və yağ idxalını dayandırmağı, Macarıstan isə quş əti, bal və un idxalını dayandırmağı təklif edir. Avropa Komissiyası da qarğıdalı, buğda və günəbaxan idxalını dayandırmaq istəyir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bir müddət bundan əvvəl Varşava rəsmi olaraq Kiyevdən taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünə qadağa qoymuşdu.

Və bir müddət sonra Macarıstan, Bolqarıstan və Slovakiya da ona qoşuldular.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə