Ruslara qarşı döyüçlərdə inqilab edəcək və Ukraynaya kömək etməli olan sursat ABŞ-da təqdim olunub. Mütəxəssislərin fikrincə, burada söhbət Krıma çatmaq qabiliyyətinə malik olan “LRMP” silahları üçün yüksək dəqiqlikli manevr mərmisindən gedir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 20-də “RİA Novosti” yazıb.
NATO bildirib ki, gələcəkdə onlar Ukraynaya artilleriyada inqilab edə biləcək, o cümlədən Krıma çatacaq uzaqmənzilli mərmilər verəcək.
Qeyd olunur ki, LRMP-nin uçuş məsafəsi təqribən 125-150 kilometr təşkil edir ki, bu da M777 haubitsaları üçün nəzərdə tutulan döyüş sursatından iki dəfə çoxdur.
Verilən məlumata görə, yeni silah atəş zamanı saniyədə 200 dövrə ilə fırlanır. Altı stabilizator bu rəqəmi 20-yə endirir, qanadlar uzanır.
Onu da qeyd edək ki, general Atomics tərəfindən istehsal edilən yeni uzun mənzilli manevr mərmisi “LRMP”-nin sınaqları 2023-cü ilin sonuna planlaşdırılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB