Moldova Rusiya mediasının saytlarını bloklayıb

Moldova Rusiya mediasının saytlarını bloklayıb

Moldova hakimiyyəti “dezinformasiya ilə mübarizə” bəhanəsi ilə Rusiya KİV-lərinin saytlarını bloklamaq qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin rəsmi portalında aprelin 20-də dərc edilmiş məlumatda deyilir.

Beləliklə, Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti üç rus media saytının bloklanması barədə əmr verib. Qeyd edək ki, söhbət “politnavigator.net”, “politnavigator.news” və “news-front.info” kimi informasiya resurslarından gedir.

Rusiya saytlarının bloklanmasına səbəb onlar tərəfindən fövqəladə vəziyyətdə milli təhlükəsizliyə təsir edən dezinformasiyanın yayılması olub.

Moldovadan olan istifadəçilərin bu saytlara girişini dərhal bloklamaq üçün bütün provayderlərə və elektron rabitə xidmətlərinə müvafiq əmr göndərilib.

Qeyd edək ki, bundan əvvəl dezinformasiyaya qarşı mübarizə bəhanəsi ilə Sputnik agentliyinin, eləcə də rusdilli RTR Moldova və Accent TV telekanallarının resursları Moldovada qadağan edilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə