Macarıstan Rusiyanı tərəfdaş, ABŞ-ı isə dost hesab edir

Macarıstan Rusiyanı tərəfdaş, ABŞ-ı isə dost hesab edir

Macarıstan hökuməti Rusiyanı iqtisadi tərəfdaşı, ABŞ-ı isə dostu hesab edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş nazirinin dəftərxana rəhbəri Gergey Gulyaş jurnalistlərlə görüşündə deyib.

“Hazırda Rusiya iqtisadi planda tərəfdaşımızdır, lakin beynəlxalq hüquq sahəsində imzaladıqları sazişlərə əməl etsəydi, dostumuz ola bilərdi”, - deyə Gergey Gulyaş bildirib.

Rusiyadan neft və qaz idxalını davam etdirən Macarıstan müntəzəm olaraq Avropa İttifaqının Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxır. Budapeşt, eyni zamanda, müharibənin əvvəlindən Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını bildirir və Rusiyanın təcavüzünü qınayır.

Bütün xəbərlər Facebook səhifəmizdə