İspaniya Ukraynaya vəsait köçürəcək

...dəniz müdafiəsini təmin etmək üçün
İspaniya Ukraynaya vəsait köçürəcək

Madrid dənizdə mühafizəni təmin etmək üçün Kiyevə vəsait köçürəcək. İspaniya Müdafiə Nazirliyində deyildiyi kimi, bu barədə cümə günü, aprelin 21-də Almaniyadakı ABŞ-ın Ramşteyn aviabazasında təmas qrupunun görüşü zamanı məlumat veriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq bəyanatı Müdafiə Nazirliyinin rəhbəri Marqarita Roblesin edəcəyi gözlənilir. Mövcud planlara əsasən, o, müdafiə idarəsinin davam etdirdiyi humanitar və tibbi yardım tədbirlərini təsdiqləyəcək, həmçinin yeni çatdırılmaları elan edəcək.

Nazirlik qeyd edib ki, yeni təchizat Ukrayna Silahlı Qüvvələrinin eyni vaxtda bir neçə yolla gücləndirilməsinə yönəldiləcək: xüsusilə, onlar qoşunların hərəkətliliyini, quru qoşunlarının mühafizəsini, hava hücumundan müdafiəni və dəniz müdafiəsini yaxşılaşdırmağa kömək edəcək.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ispaniyalı həmkarı Marqarita Roblesdən Kiyevə əlavə yardım, xüsusən də zenit sistemləri ilə təmin olunmasını xahiş etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə