Beynəlxalq Uşaq Festivalında 24 ölkədən uşaqlar iştirak edəcək

Aprelin 23-də 45-ci dəfə təşkil olunacaq TRT Beynəlxalq Uşaq Festivalı 24 ölkədən yüzlərlə uşağı öz yaşıdları ilə bir araya gətirəcək.
Beynəlxalq Uşaq Festivalında 24 ölkədən uşaqlar iştirak edəcək

Aprelin 23-də 45-ci dəfə təşkil olunacaq TRT Beynəlxalq Uşaq Festivalı 24 ölkədən yüzlərlə uşağı öz yaşıdları ilə bir araya gətirəcək. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

TRT-nin verdiyi məlumata görə, Aprelin 23-ü bazar günü İstanbul Başakşehir Milli Bağçasında “Dünya uşaqları Türkiye üçün bir ürək” devizi ilə keçiriləcək tədbirdə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.

Dünyanın müxtəlif ölkələrindən yüzlərlə uşaq həm yaşıdlarına dəstək olacaq, həm də 23 Aprel şənliklərində iştirak edəcək.

Tədbir çərçivəsində qonaq ölkənin uşaqları əvvəlcə paytaxt Ankarada Anıtqəbirdə, daha sonra TRT baş direktoru Mehmet Zahid Sobacı ilə TRT-də olacaqlar.

Aprelin 23-də keçiriləcək qala tədbirində "TRT Çocuk" ekranlarında izlənilən cizgi filmi xarakterlərinin maskotlarının şouları və səhnə şouları təqdim olunacaq.

Uşaqlar və Türkiyeni təmsil edən TRT Xalq rəqsləri komandası da rəqs nümunələri təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə