İlin əvvəlindən bəri Çin “Vaqner” qrupunu Ukraynadakı müharibə üçün silahla təmin etməkdən imtina etməkdədir.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Amerika kəşfiyyatına istinadən “Financial Times” yazır.
İnternetə sızan Pentaqonun məxfi sənədləri arasında kəşfiyyat hesabatına keçid də var idi. Bildirilib ki, Yevgeni Priqojin “2023-cü ilin əvvəlində” Çindən sursat və avadanlıq istəyib.
Nəşr hesab edir ki, “Vaqner” qrupunun Çinə birbaşa müraciəti Priqojinin Pekinin Rusiyaya silahla kömək etməyə hazır olmasına müəyyən inamının olduğunu göstərir. Bununla belə, hesabata görə, yanvarın əvvəlinə kimi Çin vaqneristlərə heç bir silah ötürməyib və ümumiyyətlə, qrupla bu məsələni müzakirə etməyib.
Qeyd edək ki, “Financial Times”ın istinad etdiyi eyni hesabatda Suriya və Belarusdan daha uğurlu silah tələblərindən bəhs edilir.
Belə ki, iddiaya görə, “Vaqner” qrupuna silahlar Belarusdan ötürülüb. Minsk “Vaqner”ə hətta VOG-17 qumbaraatanları üçün 300 min patron da təklif edib.
Suriyadan isə məlum tədarük miqyası son dərəcə əhəmiyyətsizdir - altı SPG-9 qumbaraatanları və naməlum vaxtda göndərilən 180 qumbara.
Bundan başqa, sənəddə Priqojinin strukturlarının Türkiyədən silah almağa çalışdığı iddia edilir. Xüsusilə onlar türklərin pilotsuz uçuş aparatları, elektron döyüş sistemləri, əks-akkumulyator sistemləri və haubitsa artilleriyası ilə maraqlanıblar.
Amma türklər bu sövdələşmədən imtina ediblər.
...Bu arada Afrika ölkəsi olan Mali prezidenti guya ölkəsinin Türkiyədən orada fəaliyyət göstərən “Vaqner” bölmələri üçün silah ala biləcəyinə “söz verib”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB