Rusiyada yaz çağırışı başlayıb

Rusiyada  yaz çağırışı başlayıb

Bu arada Arseni adlı Moskva sakini ilkin göndəriş olmadan, heç bir tibbi müayinədən keçmədən bir gündə orduya çağırılıb.

Beləliklə, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Arseni çağırış komissiyasına çağırış vərəqəsi almayıb. Aprelin 19-da səhər saatlarında kimsə onun mənzilinin qapısını açmağa cəhd etdiyi üçün o özü polis idarəsinə zəng edib. Mənzilə daxil olan kimi polis onu tutub, pasportunu əlindən alıb və əli qandallı halda hərbi komissarlığa aparıb. Ona bildiriblər ki, guya hərbi xidmətdən yayınan şəxs kimi axtarışa verilib.

Komissarlıqda ona elə həmin gün orduya çağırış vərəqəsi verilib. Arseni gündəliyin ləğvi və alternativ mülki qulluğa keçmək üçün ərizələr yazıb. Onun hərbi xidmətə getməsinə mane olan sənədləşdirilmiş diaqnozların olduğu deyilir. Lakin həmin gün axşam saatlarında o, tibbi müayinədən keçmədən toplama məntəqəsinə göndərilib. Onun artıq bölməyə göndərilib-göndürülmədiyi hələlik məlum deyil.

Maraqlıdır ki, “DOXA” nəşri baş verənləri Moskvada orduya məcburi və müvəqqəti çağırışla bağlı ilk hadisə olmadığı kimi təqdim edib.

Nəşr qeyd edir ki, ötən ilin dekabrında 20 nəfər birbaşa küçə və iş yerindən Uqreşskaya küçəsindəki toplama məntəqəsinə aparılaraq xəbərsiz-ətərsiz ön cəbhəyə göndəriliblər.

Maraqlıdır ki, aparılanlar arasında Moskva Maliyyə Universitetinin bir neçə əyani tələbəsi də olub.

Qeyd edək ki, hazırda Rusiyada yaz çağırışı başlayıb. Hakimiyyət, çağırışçıların Ukraynaya- müharibəyə göndərilməyəcəyini, sadəcə olaraq sərhədyanı bölgələrə, məsələn, Belqorod və ya Bryansk vilayətlərinə göndəriləcəklərini bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə