Puşilin şiddətli döyüşlərin getdiyini deyir

Puşilin şiddətli döyüşlərin getdiyini deyir

Donetsk Xalq Respublikasının qubernatoru vəzifəsini icra edən Denis Puşilin cümə axşamı, aprelin 20-də Artemovsk (Baxmut) şəhərinin qərb məhəllələrində şiddətli döyüşlərin getdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “RİA Novosti” yayıb.

Puşilinin sözlərinə görə, şəhərin küçələrində “Vaqner” dəstələrinin döyüşçüləri Ukrayna Silahlı Qüvvələrinin bölmələri ilə şiddətli döyüşlər zamanı tədricən irəliləyirlər. “Orada (Artemovskın qərb məhəllələrində) şiddətli döyüşlər davam edir, lakin “Vaqner” PMC gecə-gündüz irəliləməyə davam edirlər”. Bunu da Puşilin deyib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin əsgəri “Financial Times” qəzetinə müsahibəsində, onun demək olar ki, bütün taqımın Artemovskda gedən döyüşlər zamanı həlak olduğunu demişdi. Döyüşçünün sözlərinə görə, onun tağımında 21 nəfər olub. Ancaq özü də daxil olmaqla, yalnız üç nəfər sağ qala biliblər.

...Amma qeyd edək ki, Ukryna mətbuatı bunun əksini yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə