NATO-nun baş katibi Yens Stoltenberq elan olunmamış səfərlə Kiyevə gəlib. Yerli mətbuat Mixaylovskaya meydanında ukraynalıların Rusiya təcavüzünə qarşı mübarizəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önündə ehtiramını bildirən Stoltenberqin fotosunu da dərc edib.
O, həmçinin zədələnmiş Rusiya hərbi texnikasının ekspromt sərgisində də iştirak edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu, keçən il Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri NATO baş katibinin Kiyevə ilk səfəridir. Ukrayna prezidenti Vladimir Zelenski Stoltenberqlə görüşünü şərh edərkən yazıb ki, NATO baş katibinin Kiyevə səfəri “Alyansın Ukrayna ilə münasibətlərdə yeni səhifə açmağa hazır olduğuna işarədir”.
Zelenskinin sözlərinə görə, danışıqlarda Ukraynaya silahların, o cümlədən uzaqmənzilli artilleriya, aviasiya və zirehli texnikanın tədarükü müzakirə olunub. Onlar həmçinin Ukrayna prezidentinin ölkənin Şimali Atlantika Alyansına rəsmi dəvətini gözlədiyi Vilnüsdə keçiriləcək NATO sammitini də müzakirə ediblər. Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmasından əvvəl onun təhlükəsizliyinə təminat verilməsi müzakirə olunub.
Stoltenberq danışıqlarda ittifaqın uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləyəcəyini bildirib. O, həmçinin qeyd edib ki, Şimali Atlantika Alyansı ölkələri Ukraynanın gələcəyinin NATO-da olması ilə razılaşır. O, yaxın vaxtlarda Kiyevin NATO-ya üzv olmaq üçün dəvət alıb-almayacağını açıqlamayıb, lakin Vilnüs sammitində bu məsələnin müzakirə olunacağını təsdiqləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB