ABŞ prezidenti olmaq istəyən qardaşoğlunun dedikləri...

ABŞ prezidenti olmaq istəyən qardaşoğlunun dedikləri...

Ukraynada Rusiya Silahlı Qüvvələrinə müqavimət göstərmək mümkün deyil.

SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, baş verən hadisələrlə bağlı bu fikri aprelin 19-da amerikalı siyasətçi və ABŞ-ın keçmiş prezidenti Robert Kennedinin qardaşı oğlu “Fox News”a müsahibəsində səsləndirib.

Qərb açıq-aşkar faktı gizlədir ki, Ukrayna Silahlı Qüvvələri münaqişədə qalib gələ və Rusiya ordusunu məğlub edə bilməyəcək,

Bunu da ABŞ-ın 35-ci prezidenti Robert Kennedinin qardaşıoğlusu deyib.

“Bu münaqişə ilə bağlı bizə deyilənlər yalandır. Ruslar yeddiyə birə səkkizə bir nisbətində vuruşurlar. Ukraynalılar ruslara müqavimət göstərə bilməzlər”.

Qardaşıoğlu bunu “Fox News”a müsahibəsində deyib.

Amerikalı siyasətçinin fikrincə, Ukrayna böhranı ABŞ üçün ciddi problemə çevrilib, çünki Rusiya xüsusi hərbi əməliyyatda həm Moskva ilə Pekinin yaxınlaşmasına, həm də Rusiya-Çin münasibətlərinin möhkəmlənməsinə töhfə verib. Üstəlik, geosiyasi nöqteyi-nəzərdən Rusiya ilə Çinin yaxınlaşması Vaşinqton üçün ciddi təhlükə yaradır.

Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl kiçik Robert Kennedi (yəni qardaşoğlu) ABŞ prezidenti olmaq istədiyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə