"Barbie"ə bənzəmək üçün 43 dəfə plastik əməliyyat keçirdi - FOTOLAR

"Barbie"ə bənzəmək üçün 43 dəfə plastik əməliyyat keçirdi - FOTOLAR

Gözəl olmaq və ya kiməsə oxşamaq üçün bıçağın altına girənlər çoxdur. Bağdadlı Dalia Naeem onlardan biridir. SİA xarici mətbuata istinadən xəbər verir ki, 43 plastik əməliyyat keçirən Naeem "Barbie" kuklasına bənzəmək üçün əlindən gələni edir.

29 yaşlı Dalia Naeem-in həyatda ən çox istədiyi şey Barbi kuklasına bənzəməkdir. O, hətta bu məqsədinə çatmaq üçün 43 plastik əməliyyat keçirib.

Əslən Bağdaddan olan Naeem "İraqlı Barbie" olaraq tanınır.Ölkəsində bir çox televiziya şousunun aparıcısı olan Naeem ilə indiki durumu arasında böyük fərq var. Naeem burnunu daraltdı, dodaqlarını doldurdu və sinəsini kukla kimi böyütdü.

Sosial media hesabında 1 milyona yaxın izləyicisi olan Naeem-ə verilən reaksiyalar gözlədiyindən çox fərqlidir. 29 yaşlı aparıcı və aktrisa üçün "zombi", "şeytan Barbi" kimi ifadələr işlədilir.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə