Rusiya sakit okeanda böyük döyüşə hazırlaşır - FOTOLAR

Rusiya sakit okeanda böyük döyüşə hazırlaşır - FOTOLAR

Rusiyanın Ukraynaya hücumları bir ildən artıqdır davam edərkən, Finlandiyanın NATO-ya üzv olmasından sonra Rusiya Qərbi qorxutmağa davam edir. SİA xarici mətbuata istinadən bildirir ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okeandaki donanması Oxot dənizindəki təlim çərçivəsində “Moskit” (Ağcaqanad) gəmi əleyhinə qanadlı raket sistemini sınaqdan keçirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sakit Okean Donanmasının müharibəyə yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Finlandiya NATO-ya üzv olduqdan sonra Qərblə gərginlik artıb. Rusiya raket və torpedo sınaqlarını davam etdirir.

Nazirlikdən verilən açıqlamada, "Sakit Okean Donanması qüvvələrinin müharibəyə hazır olub-olmadığını müəyyən etmək üçün Oxot dənizində qanadlı raket olan "Moskit" atılıb. "R-298" raket gəmisinin heyəti hədəfi uğurla vurub. Təxminən 70 kilometr məsafədə olan Ağcaqanad raketi şəxsi heyətə verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirib.

Digər tərəfdən, aprelin 4-də, Finlandiyanın NATO-ya üzvlüyünə saatlar qalmış Rusiya nüvə raketləri atmaq üçün istifadə oluna biləcəyini bildirdiyi “İsgəndər” raket sistemini Belarusa çatdırıb.

Kremlin sözçüsü Dmitriy Peskov Finlandiyanın NATO-ya üzv olmasının mövcud gərginliyi artıracağını ifadə edərək, “Taktiki və strateji baxımdan öz təhlükəsizliyimizi təmin etmək üçün əks tədbirlər görəcəyik” deyib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə