ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla"nın gəliri birinci rübdə illik müqayisədə 24 faiz artaraq 23,3 milyard dollara çatıb, xalis mənfəəti isə 24 faiz azalaraq 2,5 milyard dollar olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tesla 2023-cü ilin birinci rübü üçün balans hesabatını açıqladı.
Şirkətin gəliri ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 23,3 milyard dollara çatıb. Tesla 2022-ci ilin birinci rübündə 18,8 milyard dollar gəlir əldə etmişdi, şirkətin gəlirləri isə son rübdə 24,3 milyard dollarla rekord qırdı.
Şirkətin 2022-ci ilin birinci rübündə 1,07 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 0,73 dollara qədər azalıb.
"Tesla" 2023-cü ilin birinci rübündə dünya üzrə 422 min 875 avtomobil tədarük edərkən, 440 min 808 avtomobil istehsal edib. Məlumata görə, avtomobillərin qiymətinin davamlı olaraq düşəcəyini gözləyirdi
Açıqlamada, ilk rübdə bölgələr arasında bir çox avtomobil modelində qiymət endirimləri tətbiq edilsə də, əməliyyat marjalarında idarə edilə bilən bir azalma olduğu və şirkətin istehsal səmərəliliyi və aşağı logistika ilə avtomobillərin dəyərinin davamlı olaraq azalacağının gözlənildiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB