Amerikanın xəbər kanalı "Fox News", 2020-ci il ABŞ prezident seçkilərinin nəticələri ilə bağlı "məlumatları qaraltdığı" bildirdiyi səsvermə maşını istehsalçısına tarixi təzminat ödəyəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkələrdə"Fox-un" sahibi Rupert Merdokun 787,5 milyonluq üzr istəməsiylə bağlı başlıqlar atılıb.
2020-ci il prezident seçkilərində səsvermə maşınlarından istifadə edən "Dominion Voting Systems" şirkəti ilə Amerikanın xəbər kanalı "Fox News" arasındakı münaqişədə tərəflər razılığa gəlib." Fox News" telekanalı seçkilərin nəticələri ilə bağlı məlumatları gizlətdiyi xəbərinə görə Dominiona 787,5 milyon dollar təzminat ödəməyə razılaşıb.
Delaver ştatında açılan məhkəmə iddiasında "Dominion" şirkəti "Fox News-dan" 1,6 milyard dollar təzminat tələb edib və bu, onları saxta seçki nəticələrində və "yalan olduğunu bildiyi halda, xəbər əhəmiyyəti olduğu üçün yalan məlumat dərc etməkdə" günahlandırıb.
Razılıq əldə olunmasaydı, Merdok və bəzi kanal rəhbərləri məhkəmə qarşısına çıxacaqdılar. "Dominion" şirkətinin baş direktoru Con Poulos, "Fox öz yalanlarını etiraf etdi" dedi. Merdok fevralın 28-də etiraf edib ki, o, "Fox News" şərhçilərinin Trampın 2020-ci il prezident seçkilərinin saxtalaşdırıldığına dair yalan iddiasını “dəstəkləyir”.
Fazil Hənifəyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB