Ötən gecə Ukraynanın paytaxtı Kiyevdə səmada müəmmalı işıq peyda olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, sürətlə aşağı enən və yoxa çıxan məfhumun nə olduğu hələ müəyyən edilməyib. İşıq göründükdən sonra şəhərdə hava hücumu sirenləri də səslənib. Bu səhər verilən rəsmi açıqlamada Kiyev səmasında görünən parlaq işığın yerə düşən peyk və ya Rusiya raketi olmadığı açıqlanıb. Daha sonra Ukrayna Kosmik Agentliyi bütün dünyada maraq doğuran işığın böyük ehtimalla meteoritdən qaynaqlandığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB