Kahramanmaraşda yenidən zəlzələ qeydə alınıb

Kahramanmaraşda yenidən zəlzələ qeydə alınıb

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə