Ramazan yardımına görə izdiham yaşandı

Ramazan yardımına görə izdiham yaşandı

Ramazan bayramından əvvəl Yəməndə bəzi iş adamları xeyriyyə məqsədilə pul paylamaq istəyiblər. Lakin paylama zamanı izdiham yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, izdihamda 79 nəfər həlak olub.

Xəstəxanaya çatdırılan yaralıların sayı 100-ü ötüb. Paylaşdırmağa görə məsuliyyət daşıyan şəxslər saxlanılarkən, hadisə ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, Yəməndəki vətəndaş müharibəsi səbəbindən ölkənin təxminən 22 milyonluq əhalisinin üçdə ikisi humanitar yardımdan asılı vəziyyətə düşüb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə