Kuba Prezidenti yenidən vəzifəsində qaldı

Kuba Prezidenti yenidən vəzifəsində qaldı

Kubanın Xalq Hakimiyyəti Milli Assambleyası (Parlament) ölkənin hazırkı dövlət başçısı Mişel Diaz-Kanel Bermudesi yenidən prezident seçib. SİA xəbər verir ki, o, 2023-2028-ci illərdə ölkəyə rəhbərlik edəcək.

Parlamentin 462 deputatından 459-u onun prezident olmasını dəstəkləyib. Kubanın hazırkı vitse-prezidenti Salvador Valdez Mesa da növbəti müddətə vəzifəsində qalıb.

Hökumətin yeni tərkibi parlament tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Kubada 2019-cu ildə yeni konstitusiyanın qəbulundan sonra prezidentlik institutu bərpa edilib. Mişel Diaz-Kanela və Salvador Valdes Mesa 2019-cu ilin oktyabrında prezident və vitse-prezident vəzifələrinə təyin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə