Bayden Çin lideri ilə telefon danışığı aparmağı planlaşdırır

Bayden Çin lideri ilə telefon danışığı aparmağı planlaşdırır

ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinlə telefon danışığı aparmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat yayıb.

Telefon danışığının nə vaxt baş tutacağı hələlik məlum deyil.

"Çinlə kommunikasiya kanallarını açıq saxlamalıyıq. Çinlə strateji rəqabət olsa da, ikitərəfli əlaqələri vacib hesab edirik və bu dəyişməyib", - Ağ Ev rəsmisi deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə