Rusiyanın bir sıra şəhərlərində 9 may üçün paradlar ləğv edilib, lakin Moskvada hələ də keçirilə bilər. Hərbi ekspert, təlimatçı pilot, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan, Qızıl Meydandakı paradda Rusiya texnikasının Ukrayna hərbçilərinin vura biləcəyi qanuni hədəf olduğunu bildirib.
“Kanal 24”ün efirində Svitan vurğulayıb ki, Ukrayna hərbçilərinin bu cür zərbələri endirmək üçün mexanizmləri olacaq. Rusiya texnikası, harada yerləşməsindən asılı olmayaraq məhv edilməli olan qanuni hərbi hədəflərdir.
“Hesab edirəm ki, belə bir tapşırığı yerinə yetirmək üçün kifayət qədər mexanizmlərimiz var. Əgər hərbi obyektlər Qızıl Meydana daxil olarsa, onlar elə hədəf də olacaq”.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu da ukraynalı ekspert bildirib.
O, güman edir ki, Moskvada ruslar mütləq parad təşkil etməyə çalışacaqlar, baxmayaraq ki, digər bölgələrdə bu tədbirləri ləğv edirlər. Rusiya hakimiyyəti heç olmasa ruslara nəsə göstərmək istəyir.
Bundan əlavə, Svitan əlavə edib ki, Rusiya da mayın 1-də bütün qeyd etmələri ləğv edib.
“Aydındır ki, 1 May ləğv edilib, çünki Rusiyada “sülh, əmək, May” şüarı ilə nümayişlərə getmək, o dəqiqə həbsxanaya, polisə sürüklənmək deməkdir”.
Bunu da Svitan bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB