Disney gələn həftə minlərlə işçisini işdən çıxaracaq

Disney gələn həftə minlərlə işçisini işdən çıxaracaq

“Walt Disney Co” gələn həftə minlərlə iş ixtisarı elan etməyi planlaşdırır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Agentlik mənbələrinin məlumatına görə, ixtisarlar televiziya bölməsinə, kino biznesinə və əyləncə parklarına və şirkətin mövcud olduğu bütün bölgələrə təsir edəcək.

Qeyd edək ki, işdən çıxarılmaların ilk dalğası gələn bazar ertəsi elan edilə bilər.

Maraqlıdır ki, Disney nümayəndələri şərh tələbini rədd etdilər.

Xatırladaq ki, şirkət rəhbərliyi fevral ayında illik 5,5 milyard dollarlıq xərclərin azaldılması proqramı çərçivəsində işçilərini təxminən 7000 nəfər ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə