2022-ci ilin sonundan etibarən 22 milyon 578 min 378 olan Türkiyənin uşaq sayı ölkə əhalisinin 26,5 faizini təşkil edib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Türkiyə Statistika Təşkilatı açıqlayıb.
Ünvan Əsaslı Əhali Qeydiyyatı Sisteminin nəticələrinə görə, 2022-ci ilin sonuna Türkiyə əhalisinin sayı 85 milyon 279 min 553 nəfər olub ki, onlardan 22 milyon 578 min 378-i uşaqdır. Onların 51,3 faizi oğlan, 48,7 faizi isə qızdır.
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin uşaq əhalisinin nisbətləri təhlil edildikdə, 2022-ci ildə Aİ-nin uşaq əhalisinin nisbəti orta hesabla 18,1 faiz təşkil edib.
Aİ-yə üzv ölkələr arasında uşaq əhalisinin ən çox olduğu ölkələr 23,6 faizlə İrlandiya, 21,3 faizlə Fransa və 21 faizlə İsveç, ən aşağı olduğu ölkələr isə sırasıyla 15,6 faizlə İtaliya, 15,8 faizlə Portuqaliya və 15,9 faizlə Maltadır.
Türkiyədə uşaq əhalisi nisbəti 26,5 faizlə Aİ üzvü olan ölkələrin göstəricisindən yüksəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB