Silahlar Kiyevə gətirilməkdədir...

Silahlar Kiyevə gətirilməkdədir...

ABŞ, Hollandiya və Almaniyadan “Patriot” hava hücumundan müdafiə sistemləri Kiyevə gətirilib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə aprelin 19-da öz Teleqramında Ukrayna müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk məlumat verib.

Ukrayna hərbi idarəsinin nümayəndəsi bildirib ki, “Patriot” hava hücumundan müdafiə sistemləri Ukraynaya ABŞ, Hollandiya və Almaniyadan gətirilib.

“Patriot hava hücumundan müdafiə sistemləri Ukraynaya ABŞ, Hollandiya və Almaniyadan gətirilib.

...Biz tərəfdaşlarımıza Ukraynanın hava hücumundan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirdiklərinə görə təşəkkür edirik!”, - mesajda deyilir.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin rəis müavini, Qərb tərəfdaşlarından alınan hava hücumundan müdafiə sistemlərinin həm “Rusiya qanadlı raketlərinin hücumlarından”, həm də pilotsuz uçuş aparatlarından qorunmağa imkan verəcəyini əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə