Ruslar hələ ki, nəzarətlərində olduğu Mariupolda səfərbərlik keçirməyə hazırlaşırlar. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mariupol Şəhər Şurasının Teleqram kanalında məlumat verilir.
“İşğal olunmuş Mariupolda onlar “kişiləri” səfərbər etməyə başlaya bilərlər. Puşilin (qondarma "DXR"in lideri Denis Puşilin - UNİAN) hərbi xidmətə çağırış haqqında əmr verib.
Sənədə əsasən, 1996-2005 doğumlu kişilər hərbi xidmətə çağırılacaq.
Eyni zamanda yerli administrasiyalar “hərbi öhdəlikləri” yerinə yetirməyən vətəndaşları axtarmalıdırlar. Onların cinayət məsuliyyəti ilə hədələndiyi də qeyd edilir.
“Ona görə də güman etmək olar ki, işğalçılar qondarma “çağırış” altında əsl “səfərbərliyə” başlayacaqlar. Axı onlar indi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna hazırlaşırlar”, - şəhər şurası qeyd edib.
“Ruslar daima inanılmaz dərəcədə kinsizliyini nümayiş etdirirlər. Şəhərimizi dağıdıblar, indi isə Mariupol əhalisini öz xalqına qarşı döyüşməyə məcbur etmək istəyirlər. Axı onlar yerli sakinləri top yemi kimi qəbul edirlər. İnanırıq ki, tezliklə Ukrayna Silahlı Qüvvələri şəhərimizi azad edəcək, Mariupol əhalisi isə təhlükəsiz olacaq”.
Qeyd edək ki, bunu Mariupol meri Vadim Boyçenko bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB