NATO Ukraynanın alyansa qəbuluna baxılması şərtini irəli sürüb

NATO Ukraynanın alyansa qəbuluna baxılması şərtini irəli sürüb

Ukraynanın NATO-ya qəbulu məsələsinə baxılması yalnız ölkə ərazisində münaqişə bitdikdən sonra mümkündür. SİA TASS-a istinadən xəbər verir ki, bunu Çexiya prezidenti Petr Pavel NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan sonra deyib.

Yeri gəlmişkən, çexiyalı siyasətçi Qərb ölkələrini Ukraynaya uzunmüddətli və hərtərəfli dəstək verməyə davam etməyə çağırıb.

“Bizim Ukraynanı dəstəkləməkdən başqa alternativimiz yoxdur”.

Qeyd etdiyimiz kimi, Çexiya lideri bildirib bunu.

Bundan əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko, NATO-nun ölkəyə Şimali Atlantika Alyansının bir hissəsi olmaq üçün yalvarmalı olduğunu bildirmişdi.

Onun fikrincə, NATO-nun yeganə məqsədi Rusiya ilə döyüşməkdir. Eyni zamanda diplomat qeyd edib ki, Kiyevdə bunun üçün bir milyon silahlı insan var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə