Avropa Parlamenti Rusiyaya qaçırılan ukraynalı uşaqlarla bağlı iclas keçirdi

Avropa Parlamenti Rusiyaya qaçırılan ukraynalı uşaqlarla bağlı iclas keçirdi

Avropa Komissiyasının vitse-prezidenti Vera Jourova Rusiyanın Ukraynadan qaçırdığı uşaqların sayının 16 mini keçdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Parlamentinin Baş Assambleyasında Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqlar və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) bununla bağlı Vladimir Putinin həbsinə verdiyi orderlə əlaqədar iclas keçirilib.

İclasda Avropa Komissiyasının vitse-prezidenti Vera Jourova və Aİ-nin dönəm sədri İsveçin Avropa məsələləri üzrə naziri Cesika Rosval iştirak ediblər.

Vera Jourova Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynada törədilən cinayətlərlə bağlı apardığı istintaq çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın hərbi cinayətlər səbəbindən həbsinə order verdiyini xatırladaraq, deyib ki, bu, müharibə başlayandan bəri qəbul edilən ilk qərardır. Bu addım bu mövzuya verilən əhəmiyyəti göstərir.

Avropa Komissiyasının vitse-prezidenti deyib:

“Həbs üçün orderlərin verilməsinin nəticəsi olaraq BCM şübhəli şəxsin tutulması və təhvil verilməsi tələbini bu şəxslərin tapıldığı ölkəyə çatdıra bilər. BCM həmçinin bu şəxslərin təhvil verilməsi üçün həmin dövlətlərin məhkəmə ilə əməkdaşlıq etmələrini tələb edə bilər''.

“Rusiya evakuasiya bəhanəsi ilə 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlamazdan əvvəl ukraynalı uşaqları ölkənin qeyri-hökumət ərazisindən Rusiyaya zorla aparmağa və deportasiya etməyə başladı” deyən Vera Jourova bildirib ki, Ukrayna və beynəlxalq təşkilatlar bununla bağlı hesabat hazırlayıb.

Ukraynadan qaçırılan uşaqların sayının 16 mindən çox olduğunu dilə gətirən Vera Jourova Ukraynanın Müharibə Uşaqları platformasının məlumatına görə, bu günə qədər yalnız 361 uşağın bu ölkəyə qayıtdığını bildirib.

“Qeyri-qanuni deportasiya nəticəsində övladlığa götürmə cinayətdir və buna yol verilməyəcək” deyən Vera Jourova Rusiyanın cinayətə görə məsuliyyət daşımasını təmin etmək üçün atılan addımları belə izah edib: “Komissiya xüsusilə Aİ-nin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinin (Eurojust) sübut toplama və saxlama mandatını genişləndirdi və birgə istintaq qrupunu dəstəkləmək məqsədilə onu gücləndirdi. Aİ-nin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi bu cür hallarda cinayət təqibi və təqibləri əlaqələndirmək səlahiyyətinə malikdir. Prokurorluğun tələbi ilə birgə istintaq qrupunda olan səlahiyyətli milli orqanlar uşaqların deportasiyası ilə bağlı məlumatları paylaşıblar və gələcəkdə də bunu davam etdirə bilərlər.Birgə istintaq qrupu çərçivəsində yaradılan Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üzrə beynəlxalq mərkəz istintaqların əlaqələndirilməsi və müvafiq sübutların ötürülməsi üçün struktur təmin edəcək''.

Vera Jourova bildrib ki, biz qarşıdakı dövrdə ukraynalı uşaqların qanunsuz məcburi deportasiyasına və ya köçürülməsinə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını və ukraynalı uşaqların təhlükəsiz şəkildə ailələrinə qaytarılmasını təmin etmək üçün səylər göstərəcəyik.

Bütün xəbərlər Facebook səhifəmizdə