Priqojinin döyüşçüsüz qalmaması üçün..?

Priqojinin döyüşçüsüz qalmaması üçün..?

Yakutiyadan səfərbər edilmiş altı nəfər onların razılığı olmadan “özəl hərbi şirkətlər”ə daxil edilərək, Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərin davam etdiyi Baxmuta göndəriliblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının Yakutiyadan olan deputatı Fyodor Tumusov öz teleqram kanalında yazıb.

Qeyd edilir ki, səfərbər olunanların “Vaqner” PMC ilə müqavilə bağlamağa məcbur edilməsi faktını çağırışçıların qohumları da təsdiqləyiblər.

“Bəli, Stepan zəng edib dedi ki, onlar hədə-qorxu ilə yeni müqavilə imzalamağa məcbur olublar və əslində onlar rus əsgərləri deyil, “vaqnerçi” olublar.

Qohumların dediklərinə görə, hazırda onlar döyüşlərin getdiyi ən təhlükəli ərazilərə göndəriləcəklər.

Deputat Tumusovun sözlərinə görə, hadisə barədə ona Megino-Kanqalasski ulusunda səfərbər olunanların ailələri ilə işləməyə cavabdeh olan Oktyabrina Kuleşova məlumat verib. Döyüşçülərdən biri Kuleşovaya zəng edərək, Müdafiə Nazirliyinin 64-cü briqadasından Yakutiyadan səfərbər olunan digər dörd nəfərin 3-cü Ordu Korpusunun Veteran PMC dəstəsinə köçürüldüyünü xəbər verə bilib.

Maraqlıdır ki, sonradan onların bütün telefonları əllərindən alınıb.

Məsələ ilə bağlı hərbi prokurorluq və Müdafiə Nazirliyinə müraciət etdiyini deyən Tumusov hazırda “ötür-ötür” oyununa düşdüyünü deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə