Ukrayna dörd istiqamətdə əks-hücumun başladığını elan edib

Ukrayna dörd istiqamətdə əks-hücumun başladığını elan edib

Ukrayna Silahlı Qüvvələri Donbassda dörd istiqamətdə əks-hücum əməliyyatına başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri aprelin 19-da Rada telekanalında müdafiə nazirinin müavini Anna Malyar verib.

Onun sözlərinə görə, bu gün Baxmut, Maryinski, Avdeyevski və Liman istiqamətlərində əks-hücum əməliyyatları aparılır.

“İndi cəbhədə baş verənlər əks-hücumun elementidir. İndi Baxmutda da aktiv hücum əməliyyatları var”-deyən Malyar qeyd edib ki, hazırda Ukrayna Silahlı Qüvvələri Limanski, Avdeyevski və Maryinski istiqamətlərində uğurla irəliləyirlər.

Xatırladaq ki, Ukraynanın baş naziri Denis Şmıxal yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlayacağını bildirib.

Bununla belə, “Bloomberg”in məlumatına görə, Ukraynanın Avropadakı bəzi müttəfiqləri hələ də onun əks-hücumunun uğuruna şübhə ilə yanaşırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə