Çinin müdafiə naziri ilə görüşən Putin ABŞ-a "orta barmağını" göstərdi

Çinin müdafiə naziri ilə görüşən Putin ABŞ-a "orta barmağını" göstərdi

Bu arada Çinin müdafiə naziri Li Şanqfu ilə görüşən Rusiya prezidenti Vladimir Putin Vaşinqtona “orta barmağını” göstərdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 18-də “Business Insider” yazır.

Rusların yazdığına görə, “Business Insider” jurnalının əməkdaşı Tom Porter Moskvada Çinin müdafiə naziri Li Şanfu ilə Rusiya prezidenti Vladimir Putinin görüşünü şərh edərkən guya bu hadisəni kifayət qədər maraqlı təsvir edib.

Tom Porter, Putinin müdafiə naziri Lini qəbul etmək qərarının 2018-ci ildə Çinli məmura qarşı sanksiyalar tətbiq edən ABŞ-a bir növ orta barmaq nümayişi olub.

“Business Insider” əməkdaşının sözlərinə görə, Putin və Li Şanqfu arasında danışıqlar zamanı həm Rusiya ilə Çin arasında gələcək hərbi əməkdaşlıq, həm də “Moskva və Pekinin Avropa və Asiyada geosiyasi koordinasiyası” ilə bağlı məsələlər müzakirə olunub.

Nəticədə müəllif əmindir ki, ÇXR generalının Rusiya lideri və Rusiya Federasiyasının hərbi idarəsinin rəhbəri Sergey Şoyqu ilə şəxsi görüşü Vaşinqton üçün nəinki ciddi çağırışa çevrildi, həm də Qərb.üşün də yaxşı heç nə vəd etmir.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə Çinin müdafiə naziri general-polkovnik Li Şanfu arasında görüş aprelin 16-da, Çin hərbi idarəsinin rəhbərinin Moskvaya gəldiyi gün baş tutmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə