Everestə on dəfə qalxan alpinist "Annapurnadan" enərkən ölüb

Everestə on dəfə qalxan alpinist "Annapurnadan" enərkən ölüb

Daha əvvəl 10 dəfə Everestin zirvəsini fəth etmiş Şimali İrlandiyalı alpinist Noel Hanna Nepaldakı 8911 metrlik "Annapurna" dağının zirvəsindən enərkən yolda dünyasını dəyişib. SİA xarici mediaya əsasən bildirir ki, aiddiyyatı qurumlar Noel Hannanın ölüm səbəbinin hələ məlum olmadığını, hindistanlı alpinistin isə 3 gündür itkin düşdüyünü bildirib.

Bildirilib ki, Hanna 8 min 91 metr hündürlükdə olan Annapurna dağının zirvəsinə uğurla qalxıb və gecə 4-cü düşərgədə eniş zamanı yolda dünyasını dəyişib.

Turizm Nazirliyinin rəsmisi Yubaraj Xativada deyib ki, "Annapurnaya" qalxan iki hindistanlı alpinist də əlverişsiz hava şəraitinə yaxalandıqdan sonra xilas edilib.

Rəsmilər qeyd edib ki, indiyədək 400-ə yaxın insan "Annapurna" zirvəsinə uğurla qalxıb, dırmaşma zamanı 70-dən çox insan həyatını itirib.

Noel Hanna bundan əvvəl 10 dəfə Everesti fəth edib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə